AZ

Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq » AzadMedia.az


Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0–8 km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər.
Seçilən
81
49
azadmedia.az

10Mənbələr