AZ

Şəkidə tütün əkininə başlanılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Şəki, 22 aprel, AZƏRTAC

Cari ildə Şəki rayonunun təsərrüfatlarında 1850 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 45 hektar artırılması nəzərdə tutulur. Sahələrin 1500 hektarına “Virciniya botaniki” növlü, 350 hektarına isə digər tütün sortları əkiləcək. Artıq təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Cəfərabad və Aydınbulaq kəndlərinin ərazilərindəki təsərrüfatlarda 100 hektaradək sahəyə tütün şitilləri köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər şirkətlər tərəfindən indiyədək 223 fermerlə müqavilə bağlanılıb və bu iş davam etdirilir.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1805,5 hektar sahədən 5418,4 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 890,4 ton artıb.

Müxbir – Mustafa Dadaşov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr