AZ

Azərbaycanla aramıza nifaq salmaq üçün... İran

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın Bakıdakı səfirliyi İsraili Azərbaycanla İran arasında nifaq salmağa cəhddə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi bəyanat yayıb.

Bildirilib ki, Tehran İsrail təhlükəsizlik və hərbi orqanlarının İranla əlaqəli müəyyən şəxslərin və ya təşkilatların bir sıra ölkədə, o cümlədən Azərbaycan ərazisində İsrail əleyhinə aksiyalar planlaşdırması barədə son açıqlamalarını qəti şəkildə rədd edir:

“Sionist rejimin 2025-ci ilin iyun ayında İrana qarşı 12 günlük hərbi təcavüz və 28 fevral 2026-cı ildə başlayan son təcavüz də daxil olmaqla, hərəkətlərinin təhlili göstərir ki, bu rejim daim münaqişənin əhatə dairəsini genişləndirməyə, müharibəni İranın qonşu ərazilərinə yaymağa çalışır və bu baxımdan saxta məlumatlar və yalançı bayraq əməliyyatları kimi tanınan aldadıcı həmlələr yayır”.

Qeyd olunub ki, mövcud dəlillər, Naxçıvana şübhəli dron hücumları, Xəzər dənizində liman və gəmiçilik infrastrukturuna hücumlar, eləcə də regionda iqtisadi fəaliyyəti pozmaq cəhdləri İsrailin belə bir proqramına sahib olduğunu sübut edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
axar.az

1Mənbələr