Övladını vətən naminə fəda etmiş bir ananın mətanətini, ləyaqətini və dik duruşunu sadəcə "kədər" çərçivəsinə sığışdırmaq olmaz. Onlar cəmiyyətin mənəvi restovrasiyasını yenidən quracaq, gənclərin yolunu işıqlandıracaq "Baş Məsləhətçi" missiyasını daşımalıdırlar. Bu gün yolunu azan gəncliyə ən təsirli nəsihəti akademik kürsülər verər yoxsa, məhz həyatın ən ağır imtahanından üzüağ çıxmış həmin analar?! Məncə bu barədə düşünməliyik.
Şəhid anasını passiv kədərdən aktiv ictimai müdrikliyə daşımaq həm onların özləri üçün psixoloji bir reabilitasiya, həm də milli mənəviyyatımız üçün bir nicat yoludur. Biz onlara "bizim sizə ehtiyacımız var" mesajını verməliyik. Çünki şəhid anasının sözü, sosial şəbəkələrin gənclərimizə sırıdığı hər hansı süni ideologiyadan qat-qat daha səmimi və qalıcıdı.
Gəlin, dəyərlərimizi qorumaq üçün bu mənəvi gücdən doğru istifadə edək. Cəmiyyəti yenidən inşa etmək üçün bizə lazım olan yeganə şey, o müqəddəs dualar və nəsihətlərin rəsmi bir instituta çevrilməsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31