AZ

Dünən Moskva metrosunda da oxşar hadisə baş verib

Yazını böyüt
Yazını kiçilt

21 aprel tarixində günorta saatlarında Moskvanın Sokolniçeskaya metro xəttində nasazlıq yaranıb. 

Hafta.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Komsomolskaya və Krasnıe Vorota stansiyaları arasındakı tuneldə qatar qəfil dayanıb və qısaqapanmadan sonra sərnişinlər tüstü hiss ediblər. Hadisə Komsomolskaya stansiyası yaxınlığında baş versə də, tüstü tez bir zamanda tunelləri bürüyüb. 

Təxminən 200 nəfər təxliyə edilib. 

Qəzaya görə qırmızı xətt iki saat iflic vəziyyətində qalıb. 

Moskva Nəqliyyat Departamentinin məlumatına görə, qatarların intervalları müvəqqəti olaraq artırılıb. Buna səbəb qatarların yoxlanılması olub. Departament hadisəyə səbəb kimi üçüncü vaqonun təkər dəstindəki texniki nasazlığı göstərib. 

"Yol Təhlükəsizliyinin Təmin Edilməsi" dövlət sisteminin rəhbəri və administratoru Konstantin Kroxmal isə bildirib ki, bütün problem naqil və kabellərdədir. 

Qeyd edək ki, ötən gün Bakı metrosunda da oxşar hadisə baş vermişdi. Saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bundan sonra metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib və tuneldə qalan insanlar təxliyə olunub. 

Problemin aradan qaldırılması təxminən 3 saat çəkib. "Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib. 

Hadisədən sonra təxliyə anında tuneldəki tüstü və generatorlarının işə salınmaması qısaqapanmadan xəbər verir. Lakin "Bakı Metropoliteni" QSC bildirib ki, təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması hadisəyə səbəb olub.

Seçilən
38
1
hafta.az

3Mənbələr