Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 22 aprel, AZƏRTAC
ABŞ-nin Vitse-prezidenti Cey Di. Vensin Pakistana planlaşdırılan səfəri ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisinə istinadla məlumat yayıb.
Bildirilib ki, Vensin İranla bağlı danışıqlarda Amerika nümayəndə heyətinə yenidən rəhbərlik etməsi gözlənilir.
Mənbənin sözlərinə görə, İran hələ danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.