AZ

Neft bazarı İran-ABŞ atəşkəsinin uzadılmasına belə reaksiya verdi

ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin müddətini uzatmasına dair qərarı neft bazarında gərginliyin azalması ilə müşayiət olunur.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 1 dollara yaxın ucuzlaşaraq 98,5 dollar təşkil edir.

Nyu-Yorkun NYMEX birjasında WTI neftinin iyun fyuçersləri üzrə qiymətlər 89,5 dollar ətrafındadır.

Analitiklərə görə, Trampın atəşkəsi uzatmasına baxmayaraq Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti təmin olunmayıb, üstəlik, münaqişənin yenidən başlanması ehtimalı yüksək olaraq qalır. Bu amillər neft qiymətlərinin azalmasına imkan vermir.

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr