AZ

Ferdi qol vurdu, "Çelsi" darmadağın oldu

İngiltərə Premyer Liqasında XXXIV tura start verilib. 

Apasport.az xəbər verir ki, günün yeganə matçında "Brayton" doğma meydanda "Çelsi"ni qəbul edib.

Ev sahibləri Ferdi Kadıoğlu, Hinselvud və Velbekin qollarıyla rəqibini məğlub edib: 3:0.

Xallarının sayını 50-yə yüksəldən "qağayılar" turnir cədvəlində də 6-cı yerə qalxaraq "Çelsi"nin önünə keçib.

"Zadəganlar" 48 xalla 7-ci pilləyə geriləyib.

Turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir. Liderdən 3 xal geri qalan "Mançester Siti"nin isə ehtiyatında 1 əlavə matçı var. 

"Siti" onunla bağlı qərarını verdi

Günün oyunları bu kanallarda - TV AFİŞA

"Fənər" sabiq futbolçusunu geri qaytarır?

“Liverpul”a ağır zərbə - O DA ZƏDƏLƏNDİ

Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ

Seçilən
62
1
apasport.az

10Mənbələr