BAKI, 21 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi İran limanlarının blokadasını və ticarət gəmilərinin ələ keçirilməsini atəşkəsin pozulması adlandırıb.
Teleqraf xəbər verir ki, o, "X"də yazıb: "İran limanlarının blokadası müharibə aktı və atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə hücum etmək və onun heyətini girov götürmək daha da böyük bir pozuntudur. İran məhdudiyyətlərə necə müqavimət göstərməyi, öz maraqlarını necə müdafiə etməyi və hədə-qorxuya necə müqavimət göstərməyi bilir".