AZ

Gülüstanın itkin düşməsinə görə vəzifəli şəxs həbs edildi

Tunceli şəhərinin keçmiş valisi Tuncay Sonel Gülüstan Doku istintaqı çərçivəsində həbs edilib.

"Unikal" xəbər verir ki, Ərzurum Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan Sonel polis bölməsindəki prosedurlardan sonra məhkəməyə gətirilib.

Növbətçi hakim qarşısına çıxarılan Sonel "cinayət sübutlarını məhv etmək", "informasiya sistemindəki məlumatlara zərər vurmaq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "rəsmi sənədləri gizlətmək" ittihamları ilə həbs edilib.

İstintaq çərçivəsində həbs olunanların sayı 12-yə çatıb.

Qeyd edək ki, Gülüstan Doku 2020-ci ildən itkin düşmüş tələbədir. O, sonuncu dəfə Tuncelidə görülüb və bir daha ondan xəbər alınmayıb. Gülüstanın cinayət qurbanı olduğu ehtimal edilir. 

Seçilən
46
50
unikal.az

10Mənbələr