AZ

“Sabah” “Sent Patriks”: biletlər satışda

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

Qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub.

Bilet almaq üçün linkə daxil ola bilərsiniz.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasındakı ilk oyun bu gün saat 22:45-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
9
futbolpress.az

10Mənbələr