AZ

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, Aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər. Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, şəxsi heyətə ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib.

Seçilən
0
6
hafta.az

8Mənbələr