AZ

58 yaşlı kişi iş yerində dünyasını dəyişib

Gəncədə 58 yaşlı kişi işlədiyi müəssisədə ölüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin beton zavodlarından birində qeydə alınıb.
 

Belə ki, 1968-ci il təvəllüdlü Sənani Allahverdiyevin iş vaxtı səhhəti ağırlaşıb və orada vəfat edib.


Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.(qafqazinfo.az)

Bizim.Media

Seçilən
30
8
bizim.media

9Mənbələr