AZ

Hollivud ulduzunun qızı məşhurları lağa qoydu: Fitnes də status simvoluna çevrilib

Əfsanəvi Hollivud ulduzu Cek Nikolsonun qızı Lorreyn Nikolson "W Magazine" jurnalında sərt və satirik esse dərc etdikdən sonra Los-Ancelesdə gərgin müzakirələrə səbəb olub.

Publika.az “news.am”a istinadən xəbər verir ki, həmin essedə o, böyüdüyü Hollivud elitasını kəskin şəkildə tənqid edib.

Nikolson Los-Ancelesdəki daimi rəqabət və sosial gərginlik atmosferini təsvir etmək üçün adlardan, dəbdəbəli həyat tərzinin təfərrüatından istehzalı formada bəhs edib.

Lorreyn bildirib ki, Los-Anceles "dünyanın status narahatlığı paytaxtına" çevrilib və burada insanlar başqalarının onları necə qəbul etdiyinə aludə olurlar: “Bu dünyada uğur yalnız pul və ya şöhrətlə deyil, həm də nə qədər hörmətli olduğunuzla müəyyən edilir”.

O, elit həyat tərzini lağa qoyub. Hollivud ulduzunun qızı deyib ki, hətta fitnes status simvoluna çevrilib: “Lakin indi "ictimai məşqlər" daha çox sosial media məzmununu məşqçi və geyimlə dəyişdirən influenserlər üçündür”. Lorreyn əsl elit üzvlərin özəl idman zallarında və ya saunalar, masaj otaqları və buz vannaları olan evdə məşq etdiklərini təsvir edib.

Seçilən
2
publika.az

1Mənbələr