AZ

İcbari avtosığorta qaydalarına dəyişiklik edilib, Bonus-Malus sistemi əvəzlənir

Azərbaycan Mərkəzi Bankı (AMB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər edib.

Aznews.az xəbər verir ki, müvafiq qərar AMB İdarə Heyəti tərəfindən 1 aprel 2026-cı il tarixində qəbul olunub.

Dəyişikliklərə əsasən, sığorta tarixçəsi əmsalı minimum 0.60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Əmsal hər bir şəxs üzrə ayrıca formalaşacaq və müxtəlif nəqliyyat vasitələri üzrə fərqli tətbiq oluna biləcək.

Yeni qaydalara görə, fiziki şəxslər üçün sığorta müqaviləsi bağlanarkən nəqliyyat vasitəsinin sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin göstəricisi əsas götürüləcək. Bununla yanaşı, son bir ay ərzində nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də hesablamada nəzərə alınacaq.

Qərarda həmçinin göstərilir ki, hüquqi şəxslər üçün (taksi fəaliyyəti istisna olmaqla) sığorta tarixçəsi əmsalı 1 səviyyəsində müəyyən edilir və bu əmsala əlavə və ya güzəşt tətbiq olunmur.

Sənədə əsasən, qəzasız sığorta tarixçəsi olan şəxslər üçün hər dəfə 5% güzəşt tətbiq ediləcək. Əksinə, təqsirli sığorta hadisəsi baş verdikdə hər hadisə üzrə sığorta tarixçəsi əmsalına 30% əlavə ediləcək.

Seçilən
12
8
aznews.az

9Mənbələr