AZ

Nəsimi rayonunda mini futbol turnirinə start verildi FOTOLAR

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş mini-futbol turnirinə Nəsimi rayonunda rəsmi start verilib. Turnir Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 9 dövlət qurumunun əməkdaşları iştirak edir. Turnirin əsas məqsədi dövlət qurumları arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclər arasında idmana marağın artırılmasıdır.

Mini-futbol yarışları 20 aprel – 10 may 2026-cı il tarixlərini əhatə edəcək və oyunlar Azfar 20 Yanvar stadionunda (159 saylı məktəbin stadionu) təşkil olunacaq.

Turnir Beynəlxalq Mini-futbol Federasiyasının qaydalarına uyğun olaraq keçirilir.

Yarışın sonunda qalib komandalar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunacaq.

Təşkilatçılar bildiriblər ki, bu cür idman tədbirləri rayon ərazisində həmrəyliyin gücləndirilməsinə, kollektivlər arasında sağlam rəqabətin formalaşmasına və asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
sesqazeti.az

3Mənbələr