AZ

İran müharibəsi bioyanacağa tələbatı artırır

İranla müharibədən sonra neft qiymətlərinin kəskin artması bioyanacağa tələbatı yenidən artırıb. İstənilən üzvi xammaldan istehsal olunan bioyanacaq adətən benzinə əlavə olunur və ya dizel yanacağının əvəzedicisi kimi istifadə olunur.

AZƏRTAC xəbər verir ki, münaqişə dünya neft və qaz tədarükünün təxminən 20 faizini pozub və bu tədarüklər adətən Hörmüz boğazından keçirdi. Qazıntı yanacağı çatışmazlığının aradan qaldırılması zərurəti kənd təsərrüfatı bitkilərinin yanacaq kimi istifadəsinin ərzaq qiymətlərinin artmasına səbəb olacağı ilə bağlı narahatlıqları üstələyir.

Fevral ayının sonundan bəri neftin qiymətləri 30 faizdən çox artıb. Bu arada, “Reuters” agentliyinin məlumatına görə, bioyanacağın əsas tərkib hissəsi olan qarğıdalının qiyməti 5 faiz artıb.

Asiya ölkələri müharibənin başlanğıcından bəri bioyanacaqdan istifadəni artırmağa çalışır, çünki onlar Hörmüz boğazından daşınan neftin təxminən 80 faizini alırdı. Qazıntı yanacaqlarının qiymətləri artdıqda, bioyanacaq daha qənaətcil olur. Bu yanacaq növü, həmçinin benzin qiymətlərinin aşağı düşməsinə və bahalı xam neft və yanacaq idxalından asılılığın azaldılmasına kömək edə bilər.

Mart ayının sonlarında Vyetnam enerji qiymətlərinin kəskin artması səbəbindən aprel ayında tamamilə etanol qarışığı ilə benzinə keçəcəyini açıqlayıb və bu, əvvəllər planlaşdırılan 1 iyun tarixindən də tez baş verib. İndoneziya yanacaqda palma yağı əsaslı biodizelin məcburi payını 40 faizdən 50 faizə qaldıracağını açıqlayıb.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr