Ajans.az Der Spiegel nəşrinə istinadən xəbər verir ki, ölkədə bu həddin hazırkı 65 yaşdan 70 yaşa qaldırılması təklif olunur. Alman Ehtiyatçılar Birliyinin rəhbəri Bastian Ernst bildirib ki, müasir dövrdə insanlar həm fiziki, həm də peşəkar hazırlıqlarını daha uzun müddət qoruyub saxlayırlar. Onun sözlərinə görə, bu amil ehtiyat xidmətində iştirak yaşının artırılmasını mümkün edir. Təşəbbüs Almaniya Müdafiə Nazirliyinin silahlı qüvvələrin sayını artırmaq planları ilə də üst-üstə düşür. Rəsmi planlara əsasən, 2035-ci ilə qədər orduda 260 min aktiv hərbi qulluqçunun və təxminən 200 min ehtiyat qüvvənin olması nəzərdə tutulur.
Mütəxəssislər hesab edir ki, bu addım Almaniyanın müdafiə qabiliyyətini gücləndirməyə və mövcud kadr ehtiyacını qarşılamağa yönəlib.