AZ

Ərdoğanın xəbərdarlığından sonra 41 vilayətdə əməliyyat: Həbs olunanlar var

Türkiyədə qanunsuz mərc və çirkli pul axınına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, Diyarbakır mərkəzli və 41 vilayətdə eyni vaxtda aparılan əməliyyat nəticəsində 111 şübhəli saxlanılıb.

Kiber Cinayətlər İdarəsi və Diyarbakır Baş Prokurorluğu tərəfindən Mali Suçları Araştırma Kurulu (MASAK) ilə birgə aparılan istintaq çərçivəsində “qanunsuz qumarla əlaqəli pul köçürmələrinin asanlaşdırılması” və “cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması” halları araşdırılıb.

MASAK-ın hesabatına əsasən, əməliyyatın ümumi dövriyyəsinin 35 milyard 861 milyon 796 min 103 lirə 52 kuruş olduğu müəyyən edilib.

Əməliyyat zamanı şübhəlilərə məxsus 9 avtomobil və motosiklet, 2 torpaq sahəsi, eləcə də 190 bank və kriptovalyuta hesabı müsadirə olunub.

Digər tərəfdən, Recep Tayyip Erdoğan daha əvvəl qanunsuz mərc və virtual qumarla mübarizə barədə açıqlamasında bu problemin aradan qaldırılması üçün geniş fəaliyyət planı həyata keçirildiyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr