AZ

Sandra Ballok və Nikol Kidman 28 il sonra yenidən həmin məşhur filmdə –VİDEO

Məşhur Hollivud ulduzları Sandra Ballok və Nikol Kidman 30 ildən sonra yenidən məşhur filmin davamında çəkiliblər.

Azpost.info bildirir ki, “Practical Magic 2” (Praktik magiya 2) filminin ilk tizeri yayımlanıb.

“Practical Magic 2” filminin ilk tizerinin yayımlanmasından onların pərəstişkarlarını sevindirib.

“Inanılmazdır, ikonik mistik duet nəhayət ki, yenidən bir araya gəldi!” deyə X-də fanat yazıb. Başqa bir fanat əlavə edib ki, “İndi ilk filmdəkindən daha yaxşı görünürlər”.

Bəzi izləyicilər aktrisaların bu qədər gənc görünmələrinə heyran olublar: “Onlar təxminən 30 il əvvəlki ilk filmdən bəri demək olar ki, dəyişməz görünürlər. Bu süni intellektdirmi?” deyə bir istifadəçi maraqlanıb.

Kidman və Ballok 1998-ci ildə çəkilmiş kult filminin davamı olaraq çəkilmiş filmdə Salli və Cillian bacıları rollarını yenindən canlandırıblar.

İkinci filmdə həmçinin Dianne Wiest, Stockard Channing, Joey King, Maisie Williams, Xolo Maridueña və Solly MacLeod rol alıblar. Premyera 2026-cı ilin sentyabr ayına planlaşdırılıb.

Filmdə valideynlərinin ölümündən sonra qohumlarının yanına köçən bacılar haqqında danışılır. Qızlar böyümək çətinlikləri, kiçik bir şəhərin qərəzləri və əsl sevgini tapmalarına mane olan ailə lənəti ilə üzləşirlər.

1998-ci ildə çəkilmiş film qəribə xalaları tərəfindən böyüdülən sehrli güclərə malik bacılar haqqında romantik komediya idi.

 

https://www.youtube.com/watch?v=iSWP2feb4rw

AzPost.az

Seçilən
10
1
azpost.info

2Mənbələr