AZ

Minatəmizləmə zamanı həlak olan minatəmizləyənlərin ailələrinin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bakı. Trend:

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailəüzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğindəazaldılacaq.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyatakeçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuşminatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıqgəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

Həmçinin, minatəmizləmə zamanı həlak olmuşminatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqlarıdövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyatakeçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarınınmülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasınıntəhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsilistisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlətbüdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı ilsentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər buqanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyatakeçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatınıitirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşınaçatanadək) şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqikinci oxunuşda qəbul edilib.

Seçilən
2
26
az.trend.az

10Mənbələr