AZ

Azərbaycanda İT auditinin aparılması təklif olunur

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib. Bundan başqa, onun sözlərinə görə, Palatanın ötən il apardığı 43 auditin 70 %-i uyğunluq auditidir: "Səmərəlilik və maliyyə auditindən çox uyğunluq auditi aparılıb". Deputat əlavə edib ki, xüsusilə rəqabətli tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər müşahidə olunur: "Hesabatda rəqabətli satınalmaların 43 %-dən çoxunda bu fərqin 20 %-dən artıq olduğu göstərilir. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir, dövlət satınalamlarında süni intelektdən istifadəni aktuallaşdırır". "Hesabatda qeyd olunduğu kimi, 2025-ci ildə audit və analtik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntularda büdcə qanunvericiliyinin pozulması halları 51,6 % olub. 2024-cü ildə bu rəqəm 45,1 % idi. Sual olunur, büdcə qanunvericiliyin təkmilləşdirildiyi, rəqəmsallaşmanın genişləndirildiyi şəraitdə bunun səbəbləri nədir?", - deyə V.Bayramov vurğulayıb. O, Palatanın həyata keçirdiyi 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 5-də büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlindiyini söyləyib: "Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin payı 75 %-dir. Keçirilən auditlərin 74 %-dən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.

2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərər məbləği 2024-cü illə müqayisədə 50 %-dən çox artaraq 170,4 milyon manat olub. Bir il ərzində büdcəyə zərəri 50 % artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınmasına dair nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 %-nin bərpası ilə bağlı qərar qəbul etsə də bu göstərici 2025-ci ildə 60 % olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?"

Seçilən
33
Ajans.az

1Mənbələr