AZ

Rusiya 4 cü dəfə Luqanskı “azad edib” Gerasimov yenə “qələbə raportu” verir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qondarma “Luqansk respublikası”nın tam ələ keçirildiyi barədə raport verib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Gerasimov bu açıqlamanı Cənub qüvvələr qrupunun komandanlıq məntəqəsinə baş çəkərkən verib.

Eləcə də Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi bugünkü hesabatda Luqanskın tam ələ keçirildiyi qeyd olunub.

Məsələ ondadır ki, Rusiya Müdafiə Nazirliyi təkcə bu ay ikinci dəfədir ki, Luqanskın “azad edildiyini” raport edir. Bununla da Rusiya rəsmiləri tammiqyaslı müharibənin başlanğıcından bəri ən azı dörd dəfə eyni bəyanatla çıxış ediblər.

"Mart və aprel ayları ərzində Rusiya qoşunları 34 yaşayış məntəqəsini və təxminən 700 kvadrat kilometr ərazini azad edib. Ümumilikdə 80 yaşayış məntəqəsi və 170 kvadrat kilometrdən çox ərazi bizim nəzarətimizə keçib. Luqansk Xalq Respublikasının azad edilməsi tamamilə başa çatıb", - deyə Gerasimov bildirib. Onun sözlərinə görə, Rusiya ordusu "bütün cəbhələrdə" irəliləyir.

Lakin Rusiyanın öz “Z-media” qurumları belə Baş Qərargah rəisinin açıqlamasını istehza ilə qarşılayıblar. "Beş ildə dördüncü dəfə! Ura!" - deyə “Troyka” kanalı yazıb. Gerasimovun açıqlamasından sitat gətirən "Voyenkor Kotenok" qeyd edir ki, bu, "yaxşı bir ənənədir".

“Z-bloqer” Vladimir Romanov RİA Novostinin "LNR-in azad edilməsi" ilə bağlı 30 iyun 2025-ci il, eləcə də 1 və 21 aprel tarixlərindəki üç məqaləsinin ekran görüntülərini paylaşıb və paylaşıma təlxək emojisi əlavə edib.

Gerasimov həmçinin iddia edir ki, Rusiya qoşunları Slavyanskın şərq kənarlarına 12 kilometr və Kramatorskun kənarlarına doğru 7 kilometr irəliləyib.

Vladimir Putinə Ukraynanın Luqansk vilayətinin tamamilə ələ keçirilməsi barədə hələ 2022-ci ilin iyul ayında məlumat verilib. O vaxtkı müdafiə naziri Sergey Şoyqu bu barədə ona raport verib. Lakin həmin il Ukrayna Silahlı Qüvvələri bölgənin bir hissəsinə nəzarəti bərpa edib.

30 iyun 2025-ci ildə Moskva tərəfindən bölgənin təyin olunmuş "rəhbəri" Leonid Paseçnik yenidən Rusiya qoşunlarının "LNR" ərazisinin "100%-ni" işğal etdiyini bildirib. 2 oktyabr 2025-ci ildə Putin Valday Klubunun iclasında "Luqansk vilayətinin demək olar ki, 100%-i bizim əlimizdədir" deyə bildirmişdi.

Bütün bunlar, rus “Z-bloqerlər”in də qeyd etdiyi kimi, cəbhədə heç bir real uğur qazana bilməyən Rusiya hərbi komandanlığının yalançı qələbə görüntüsü yaratmaq cəhdidir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azpolitika.info

1Mənbələr