AZ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Seçilən
40
49
buta.tv

10Mənbələr