AZ

Bu tarixdə ətin qiyməti artacaq

Azərbaycanda quzu və dana ətinin qiymətində ən azı 1-2 manat artım olacaq. Metbuat.az-ın məlumatına görə, bu proqnozla ət kəsimi və satışı ilə məşğul olan şəxslər çıxış edib. Onlar saytımıza açıqlamasında ətin qiymətində gözlənilən artımın may ayının 20-dən sonra, Qurban bayramı ərəfəsində baş verəcəyini bildiriblər. Qəssablar gözlənilən bahalaşmanı həmin vaxt ətə tələbatın artacağı ilə izah ediblər. Qeyd edək ki, hazırda Bakıda bir kiloqram dana əti 16-17, quzu əti isə 20-21 manata satılır. Qurban bayramı ərəfəsində isə dana ətinin 18, quzu ətinin qiymətinin isə 22 manata çatacağı gözlənilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil ediləcək yarmarkalarda da qiymətlərin bu rəqəmə yaxın olacağı gözlənilir.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
1
1
metbuat.az

2Mənbələr