AZ

“Xatəmül-Ənbiya”nın rəisi ABŞ Prezidentini təhdid etdi

BAKI, 21 aprel. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi ABŞ Prezidenti Donald Trampı “yalançı və xəyalpərəst” adlandırıb.

Teleqraf xəbər verir ki, o, İran Silahlı Qüvvələrinin Amerika liderinin vədlərini pozacağı təqdirdə sərt cavab verəcəyini iddia edib.

Əli Abdullahi həmçinin Donald Trampı müharibənin nəticələri, Hörmüz boğazı və İranın blokadası ilə bağlı yalan danışmaqda və saxta hekayələr uydurmaqda günahlandırıb.

“İran Silahlı Qüvvələri düşmənin təhdidləri və addımlarına qətiyyətli, sarsıdıcı və dərhal cavab verməyə hazırdır”, - SEPAH-ın Baş Qərargah rəisi əlavə edib.

Seçilən
14
teleqraf.com

1Mənbələr