AZ

Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacının səbəblərini açıqladı

BAKI, 21 aprel. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin ölkə üçün niyə mühüm əhəmiyyət kəsb etdiyini izah edib.

Teleqraf xəbər verir ki, hökumət başçısı bu məsələyə hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçki proqramının təqdimatı zamanı toxunub.

"Yeni Konstitusiyanın qəbulu bizim üçün niyə vacibdir? Çünki dövlətlə vətəndaş arasındakı münasibətlərdə müəyyən gərginlik var. Bunun səbəblərindən biri də Ermənistan vətəndaşlarında ölkədəki hüquq sisteminin məhz onlar tərəfindən yaradıldığına dair anlayışın olmamasıdır. Üstəlik, belə bir reallıq da yoxdur, çünki Ermənistanda keçirilən bütün konstitusiya referendumlarının nəticələri həmişə şübhə altına alınıb", - N. Paşinyan bildirib.

O qeyd edib ki, referendumların saxtalaşdırılması ilə bağlı formalaşmış təsəvvür vətəndaşla hüquq sistemi arasında qırıqlıq yaradır:

"Vətəndaşla hüquq sistemi arasında üzvi bağın qurulması üçün Konstitusiyanın referendum yolu ilə qəbulu son dərəcə vacibdir".

Seçilən
12
3
teleqraf.com

4Mənbələr