AZ

Apple-ın baş icraçı direktoru vəzifəsini tərk edir

ABŞ-ın "Apple" şirkəti Avadanlıq bölməsinin rəhbəri John Ternusu şirkətin yeni baş icraçı direktoru (CEO) kimi elan edib. Hazırkı baş icraçı direktor Tim Cook isə idarə heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Marja.az xəbər verir ki, Şirkətin  yaydığı açıqlamaya görə, Ternus 1 sentyabr tarixində baş icraçı direktor vəzifəsini icra etməyə başlayacaq.

2021-ci ildən bəri Avadanlıq bölməsinə rəhbərlik edən Ternus, Apple-da keçirdiyi 25 il ərzində məhsul inkişafı sahəsində çalışıb.

Bloomberg-ə danışan mənbənin sözlərinə görə, Ternusun rəhbərlik etdiyi avadanlıq mühəndisliyi bölməsi uzun müddətdir onun müavini olan Tom Mariebə təhvil veriləcək.

Apple, yeni idarə heyəti sədrliyi rolu çərçivəsində 65 yaşlı Cook-un dünya üzrə siyasətçilərlə münasibətləri idarə edəcəyini açıqlayıb.

Cook hazırda ABŞ Prezidenti Donald Tramp ilə Apple arasındakı münasibətləri də idarə edir. Cook-un idarə heyəti sədrliyinə keçməsi ilə birlikdə bu vəzifəni uzun müddətdir icra edən Art Levinson isə baş müstəqil direktor vəzifəsinə keçəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Apple yeni CEOApple CEO dəyişiklikJohn Ternus Apple CEOTim Cook Apple idarə heyəti sədriApple rəhbərlik dəyişikliyiApple şirkəti rəhbərləriJohn Ternus kimdirApple hardware rəhbəri John TernusApple şirkət xəbərləriApple idarə heyəti dəyişiklikləriApple rəhbərlik strukturuApple Tim Cook vəzifə dəyişikliyiDonald Trump Apple münasibətləriArt Levinson AppleTom Mabe Apple hardwareApple top menecment dəyişiklikləriApple şirkət rəhbərliyi 2026Apple CEO xəbərləriApple texnologiya şirkəti rəhbərliyiApple korporativ idarəetmə
Seçilən
34
2
marja.az

3Mənbələr