Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Avtomobil dünyasının aparıcı nəşrlərindən olan "What Car?" ən çox yanacağa qənaət edən 10 hibrid avtomobili müəyyən edib.
Banco.az xəbər verir ki, aparılan testlərdə daxili yanma mühərriki ilə elektrik mühərrikinin kombinasiyası real sürücülük şəraitində sınaqdan keçirilib və modellər səmərəlilik göstəricilərinə görə sıralanıb.
Reytinqdə ilk pillədə "Audi A3" qərarlaşıb. Model yüksək idarəetmə keyfiyyəti və aşağı yanacaq sərfiyyatı ilə rəqiblərini geridə qoyub.
"Audi A3"un hibrid versiyası yalnız elektrik enerjisi ilə təxminən 65 kilometr məsafə qət edə bilir. Test nəticələrində avtomobilin rahat asma sistemi, balanslı idarəetməsi və qiymət-keyfiyyət nisbəti xüsusilə vurğulanıb.
Ekspertlər eyni zamanda modelin salon genişliyinə də diqqət çəkiblər. Qeyd olunur ki, kompakt ölçülərə baxmayaraq, arxa oturacaqlarda 180 sm-dən uzun sərnişinlər üçün kifayət qədər ayaq yeri mövcuddur.
Ən qənaətcil 10 hibrid avtomobil:
Audi A3
Toyota Corolla
Volkswagen Passat GTE
Honda Jazz
Honda Civic
BMW 330e
Kia Sportage
BMW X5
Mercedes-Benz A-Class
BMW 530e
Siyahıda Yaponiya istehsalçıları "Toyota" və "Honda" ənənəvi olaraq səmərəlilik göstəriciləri ilə seçilsə də, Alman brendlərinin lüks hibrid modelləri də yanacaq sərfiyyatında ciddi irəliləyişlər nümayiş etdirərək ilk onluqda yer alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.