ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İranla sülh danışıqlarında iştirak edən ABŞ nümayəndə heyəti Pakistana yola düşüb.
Bu barədə "The New York Post" qəzetinə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Prezident nümayəndə heyətinin tərkibinə xüsusi nümayəndə Stiv Uitkoff və məsləhətçi Cared Kuşnerin də daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ABŞ nümayəndələri danışıqların növbəti raundu üçün artıq İslamabada yollanıblar.
Tramp bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunarsa, o, İranın yüksəkvəzifəli şəxsləri ilə görüşməyə hazırdır.