AZ

Aysun İsmayılovadan etiraf: “Nişan xonçalarını və qızılımı özüm almışam”

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

O bildirib ki, nişan mərasimi ilə bağlı bir çox məqamları özü təşkil edib və bu barədə ailəsinin məlumatı olmayıb. 

News365.az xəbər verir ki,müğənninin sözlərinə görə, oğlan evindən gələn xonçaları da öz vəsaiti hesabına hazırlayıb.

Aysun İsmayılova qeyd edib ki, nişan zamanı ona qızıl hədiyyə edilməyib: “Mənə qızılı nənəm taxıb. Nişan üzüklərimi də özüm almışdım”.

Sənətçi əlavə edib ki, ona verilən evlilik təklifi üzüyü də yeni alınmayıb: “O üzük də anasının üzüyü idi”.

Seçilən
2
29
news365.az

10Mənbələr