AZ

Türkiyədə odlu silah sahibliyi ilə bağlı qanunlar sərtləşdirilir Ərdoğan

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə hakimiyyəti ölkədə odlu silah sahibliyinin məhdudlaşdırılması istiqamətində əlavə hüquqi tədbirlər görməyə hazırlaşır.

"Unikal" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

Dövlət başçısı bildirib ki, məktəblərdə baş verən son silahlı insidentlərdən sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək, silah sahibləri üçün məsuliyyət isə artırılacaq.

Ərdoğan qeyd edib ki, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş vermiş hadisələr nəticəsində çox sayda insan həlak olub və yaralanıb.

Prezident əlavə edib ki, sosial şəbəkələrdə yayılan saxta məlumatlara qarşı mübarizə də sərtləşdiriləcək. Bu çərçivədə “virtual patrul” sisteminin genişləndirilməsi və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanlarının artırılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
unikal.az

1Mənbələr