AZ

BƏƏ müharibə səbəbindən maliyyə yardımı istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ müharibə səbəbindən maliyyə yardımı istəyir.

Banco.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ/İsrail–İran müharibəsi fonunda enerji infrastrukturu zərər görən və tankerələrinin Hörmüz boğazından keçidi məhdudlaşdırılan BƏƏ-nin azalan dollar ehtiyatları səbəbindən “dərin böhrana sürüklənməmək üçün” tədbir axtarışına başladığı iddia olunur.

Məlumata əsasən, BƏƏ rəsmiləri bu çərçivədə ötən həftə paytaxt Vaşinqtonda ABŞ-ın maliyyə naziri Skott Bessent və digər rəsmilərlə görüş keçiriblər.

Görüşlərdə BƏƏ rəsmilərinin müharibənin “indiyədək ən ciddi iqtisadi təsirlərindən yayına bildiklərini” bildirdikləri, lakin “buna baxmayaraq maliyyə dəstəyinə ehtiyac duya biləcəklərini” qeyd etdikləri irəli sürülür.

Həmçinin iddia olunur ki, BƏƏ rəsmiləri mümkün likvidlik böhranı halında ölkənin valyuta ehtiyatlarını gücləndirmək məqsədilə dollara daha əlverişli çıxış əldə etmək üçün ABŞ ilə “valyuta svop xətti” yaradılması məsələsini müzakirəyə çıxarsalar da, hələlik rəsmi müraciət etməyiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
19
1
banco.az

2Mənbələr