AZ

Ukrayna Tuapseni dronla vurdu: ölən və yaralananlar var

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə yenidən dron zərbəsi endirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bildirilib ki, Ukrayna dronları bir həftədə gecə saatlarında iki dəfə Tuapse dəniz limanına hücum edib.

Hücum nəticəsində limanda yanğın baş verdiyi, dronun hissələrinin kilsəyə, yaşayış binasına və digər mülki tikililərə ziyan vurduğu qeyd edilib.

Qeyd edək ki, Tuapseyə daha əvvəl aprelin 16-da gecə saatlarında hücum olunub. Həmin vaxt bir yeniyetmə qız da daxil olmaqla, iki nəfər ölüb, yeddi nəfər yaralanıb. Eyni zamanda, PUA hücumu zamanı dəniz terminalında baş verən yanğın neft məhsullarının Tuapse çayına axmasına səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
globalinfo.az

3Mənbələr