AZ

İran böhranı illərlə davam edə bilər - KİV

İran böhran qlobal siyasətdə aylarla, bəlkə də illərlə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşr İrana qarşı ABŞ-İsrail müharibəsinin gedişatını şərh edərkən bildirir: “İndi nəticələrin dünya siyasətinə aylarla, bəlkə də illərlə hakim olacağı qaçılmaz görünür”.

Məqalədə qeyd olunur ki, Avropa, Asiya və Afrika dövlətləri uzunmüddətli enerji şoklarına hazırlaşır və bu şoklar təyyarə yanacağı və ərzaq çatışmazlığı, artan inflyasiya ilə müşayiət olunur:

“Sürətli bərpa ilə bağlı nikbin proqnozlar verilmir. Dünyanın hər yerində hakimiyyətlər qısa və uzunmüddətli dəyişiklikləri - yanacaq səmərəliliyi tədbirlərini, məsafədən işləməyi, ictimai nəqliyyat qiymətlərinin aşağı düşməsini və Çin istehsalı bərpaolunan enerji istehsalına investisiyaları tövsiyə etməyə başlayıblar”.

Həmçinin vurğulanır ki, ABŞ-dəki hakim Respublikaçılar Partiyasının siyasi strateqləri, ölkədə yanacaq qiymətlərinin düşməməsi halında, qarşıdan gələn noyabr ara seçkilərində məğlubiyyət gözləyirlər. Nəşrin fikrincə, Ağ Evin strateqlərinin hadisələrin necə inkişaf edəcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

“Bütün bunlarla bağlı ritorika reallıqdan daha az əhəmiyyət kəsb edir. Əgər benzinin bir qallonunu 3 dollara görməsək, bizi məhv edəcəklər”, - Ağ Evə yaxın mənbə “Politico”ya deyir.

Hazırda ABŞ-də bir qallon benzinin orta qiyməti 4,042 dollardır. Bu arada, ABŞ-nin energetika naziri Kris Rayt ötən həftə etiraf edib ki, ölkədə benzinin qiymətləri yalnız 2027-ci ildə bir qallon üçün 3 dollara düşəcək./Teleqraf 

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr