AZ

Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Pekində dünyanın ən böyük avtomobil sərgisi aprelin 24-də işinə başlayır.

Avtosfer.az xəbər verir ki, sərgi mayın 3-dək davam edəcək. Beynəlxalq Sərgi Mərkəzində keçirilən tədbir əzəməti ilə insanların marağına səbəb olub.

Rəsmi məlumata görə 380 min kvadratmetr sahəni əhatə edəcək sərgidə 1500-dək avtomobil nümayişə çıxarılacaq. Bunlardan 71-i konseptual modeldir. Sərgi çərçivəsində 181 modelin beynəlxalq premyerası reallaşacaq. 

Sərgidə milyonadək ziyarətçinin iştirakı gözlənilir. Tədbiri işıqlandırmaq üçün 23 min nəfərdən çox media əməkdaşı akkreditasiyadan keçib.

Beynəlxalq sərgidə əsas diqqətin elektromobillərə yönələcəyi şübhə doğurmur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
avtosfer.az

1Mənbələr