ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa "kral klubu"ndakı aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, La Liqanın 33-cü turu çərçivəsində sabah "Alaves"i qəbul edəcək Madrid təmsilçisinin çalışdırıcısının sözlərini AS belə çatdırıb:
"Buna mən qərar vermirəm. Gələcəyim məni qətiyyən maraqlandırmır. Məni qalan yeddi oyun, xüsusislə, sabahkı qarşılaşma maraqlandırır. Bu yeddi görüş göründüyündən daha önəmlidir. Sabah vəziyyətimizin nə yerdə olduğunu ortaya qoymalıyıq. Hazırda yalnız bu barədə düşünürəm".
Hazırda 70 xalı olan "Real" İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Paytaxt təmsilçisi əzəli rəqibi "Barselona"dan 9 xal geridədir.
Toğrul
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.