AZ

Oğuzda qanunsuz ağac kəsənlər tutuldu

Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Xaçmazqışlaq və Yaqublu kəndlərində qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Həmçinin rayonun Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
0
28
hafta.az

10Mənbələr