AZ

"Azərişıq" Sumqayıtda yeni yarımstansiyalar tikir - FOTO

Sumqayıtda enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.

Şəhər rəhbərliyinin tapşırığına uyğun olaraq Azərişıq ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində şəhərin müxtəlif ərazilərində elektrik enerjisinin dayanıqlığının artırılması məqsədilə yeni yarımstansiyaların və transformator, eləcə də paylayıcı məntəqələrin tikintisi aparılır.

Hazırda Sumqayıt şəhərinin 2-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü mikrorayonları, həmçinin 48-ci məhəllə ərazilərində ümumilikdə 13 yeni transformator və paylayıcı məntəqənin inşası davam etdirilir. Sumqayıtda enerji infrastrukturunun yenilənməsinə başlanılıb.

Layihə çərçivəsində əlavə olaraq daha 7 məntəqənin tikintisi də planlaşdırılır ki, bu da ümumi enerji şəbəkəsinin əhatə dairəsini daha da genişləndirəcək. Yeni qurğuların quraşdırılması mövcud şəbəkədə yüklənmənin azaldılmasına, elektrik enerjisinin daha stabil və itkisiz ötürülməsinə şərait yaradacaq.

Seçilən
14
6
publika.az

7Mənbələr