AZ

Bir öpüş ver dedim Arvadının qulağını dişləyib qopardı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Göygöl rayonunda ər arvadın mübahisəsi cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi evlərdən birində baş verib. 1988-ci il təvəllüdlü Mahir yaşadığı evində spirtli içki qəbul edib və sərxoş vəziyyətdə arvadı Günelin (adlar şərtidir – red.) ona spirtli içki içməsini irad bildirməsi ilə bağlı aralarında mübahisəsi yaranıb. Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, arvadının sağ qulağını qəsdən dişləyib, ona xəsarətlər yetirib. İş üzrə izahat verən Mahir ona elan olunan ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, məlum hadisə günü saat 17-18 radələrində işdən evə gəlib:“Bazardan işdən gələrkən içkili olmuşdum, həmçinin yaşadığım evə gələn zaman mağazadan 1 litrlik spirtli içki aldım. Həmin içkini evdə təkbaşına içdim. Bu zaman arvadıma yanımda oturaq “öpüş” verməyini istədim. O, başını yaxınlaşdırdı, mən də başından öpdüm. Sonra Günelə “sən niyə elə öpüş verirsən” dedim, bir dənə də öpüş verməsini istədim. Bundan sonra Günel üzünü yaxınlaşdıran zaman onun üzündən öpdüm. Bu zaman ona “nəsə sən məni açmadın, həmənki Günel deyilsən, bir dənə də öpüş ver” dedim. Həmin vaxt arvadım qulağını gətirəndə ona “dişləyərəm səni” dedim və qulağından dişlədim. Bu vaxt Günel ufuldayaraq qulağını çəkdi. Həmin vaxt baxdıqda qulağının bir az qopmasını gördüm və ona həkimə getməməsini, problem ola biləcəyini bildirdim. Bundan sonra Güneli qonşumuz taksi sürücüsü olan İslam xəstəxanaya apardı. Xəstəxanada onun qulağına tikiş vuruldu”. Təqsirləndirilən şəxs deyib ki, ertəsi gün, səhər saatlarında yuxudan oyandıqdan sonra Günelin qulağında sarğı olmasını görüb və ondan qulağının necə olmasını soruşub: “Həmin vaxt Günel qulağının yaxşı olmamasını dedi. Mən Günelin sadəcə qulağından dişləmişəm. Onu vurmaq fikrim olmayıb”.İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, ötən ilin  avqustun 31-də xəstəxanadan gəlib:“Mahir əvvəllər qıçımda siqaret söndürdüyü üçün ayağım tez-tez çirk edib. Qıçıma baxan həkim zəng vuraraq 2 həftə xəstəxanada olmayacağını və qıçıma baxması üçün gəlməyimi bildirdi. Xəstəxanaya gedib-gəldikdən sonra keyidici iynələrin təsiri keçdiyindən canım çox pis ağrıdı. Bizim həyətimizdə çöldə divan var. Mən ağrıdığımdan ağrı kəsici dərman içdim və orada uzandım. Mahir gəldikdən sonra məni səsləməyə başladı. Mən isə ona canım ağrımasını və həkimin gəzməyə icazə verməməsini dedim, məndən uzaq durmasını istədim. Bir müddət Mahir getdi və ayaq üstə duraraq öz-özünə danışdı”. Zərərçəkmiş qeyd edib ki, daha sonra Mahir onun yanına gəlib:“Bu zaman mən ağlamağa başladım. Ona ana-atam olsa idi, məni təhvil verməsini və mənə əziyyət verməməsini bildirdim. Sonra ayaq üstə oturdum və qızımdan su verməsini istədim. Həmin vaxt Mahir də yanımda oturdu və qulağımdan əli ilə tutmağa başladı. O,  qulağımda olan sırğadan tutdu. Mən isə buraxmasını və sırğanın incitməsini bildirdim. Bundan sonra sırğanı buraxdı və başımdan öpdü. Daha sonra isə qulağımdan dişi ilə yapışdı. Mən isə qulağımın ağrımasını və buraxmasını istədim. O, isə qulağımı dartaraq qopardı. Qulağımdan istilik hiss etdiyimdən ilk olaraq nə olmasını bilmədim və sırğamın çıxmasını düşündüm. Lakin əlimi qulağıma apardıqda qan aparmasını gördüm və qulağımın qopmasını deyərək qışqırdım. Qulağımı kağıza büküm buz qoydum”. Zərərçəkmişin sözlərinə görə, daha sonra Mahirin divanın yanında yerdə betonun üstündə yatmasını görüb və çölə çıxaraq baldızıma zəng vurub: “Baldızıma olanları danışdım və qulağımın şəklini çəkərək ona atdım. Baldızım isə sabaha saxlamamağı, xəstəxanaya getməyimi bildirdi. Taksi ilə xəstəxanaya getdim. Xəstəxanada həkimlər qulağıma tikiş qoyaraq mənə tibbi yardım göstərdilər. Mən xəstəxanada olan zaman polis əməkdaşları yanıma gəldi. Mən də baş vermiş hadisəni danışdım və şikayət ərizəsi ilə müraciət etdim. Tibbi yardım aldıqdan sonra yaşadığım evə geri qayıtdım”. Zərərçəkmiş deyib ki, səhəri gün yaşadığı evdə Mahir yuxudan oyanan zaman onun sağ qulağındakı sarğını görüb və qulağının necə olmasını ondan soruşub: “Mən də qulağımın yaxşı olmamasını bildirdim. Bundan sonra Mahir onun xəbəri olmadan həkimə getdiyim üçün mübahisə etməyə başladı. Mübahisə zamanı o, əli ilə qulağımdan tutaraq dartdı. Daha sonra məni küçəyə çıxardı və təhqir edərək üzərimə müxtəlif əşyalar atdı”. O, əlavə olaraq bildirib ki, hadisə vaxtı qulağında sırğa olub və sırğa yerə düşdükdə hətta üzərində az miqdarda ətdə olub: “Mənim ayağımda olan zədələr isə səhəri gün yaranıb. Həkimə getdiyim zaman xəsarətlərin niyə yaranmasını soruşdu. Mən də olanları olduğu kimi danışdım. Hadisə vaxtı evdə uşaqlarım olub. Bundan əvvəl isə Mahirin qılçamda siqaret söndürməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişəm”. Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, məlum hadisələrdən sonra Mahirdən ayırılıb. O, əlavə edib ki, təqsirləndirilən şəxs onu ölümlə hədələyib və bu səbəbdən ondan şikayətçidir.Göygöl Rayon Məhkəməsinin hökmü ilə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 bəndi tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
130
22
demokrat.az

10Mənbələr