AZ

Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Xətai rayonu ərazisindəki Polad Həşimov küçəsində yerləşən evlərin söküləcəyi və sakinlərə kompensasiya veriləcəyi ilə bağlı iddialar yayılıb.Bizim.Media “Oxu.Az”a istinadla xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.Videoda üzərində ərazinin xəritəsi olan məlumat lövhəsi və yaxınlıqdakı tikinti texnikası yer alır.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı  bildirilib ki, yayılan məlumat dezinformasiyadır.

"Qeyd olunan ərazidə evlərin sökülməsi ilə bağlı hazırda hər hansı rəsmi məlumat mövcud deyil. Elə bir hal olarsa, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. Ərazidəki lövhə isə Zığ-Hövsan yeni tullantı su kollektorunun çəkilməsi istiqamətində işlərin görüldüyünü əks etdirir", - deyə məlumatda bildirilib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
bizim.media

7Mənbələr