AZ

Tofiq Bəhramovun yubileyi münasibətilə poçt markaları buraxılıb

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən yeni poçt markaları dövriyyəyə buraxılıb.

Futbolpress.az xəbər verir ki, yeni filateliya məhsulu Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunub. Buraxılış 3 markadan ibarət blok şəklindədir. Burada Tofiq Bəhramovun portreti, eləcə də, hakimin fəaliyyətindən olan fotolar yer alıb.

AFFA-nın xüsusi sifarişi ilə ölkədə ilk dəfə futbol dünyasının əsas elementi sayılan futbol formalarını əks etdirən markalardan ibarət buklet də hazırlanıb.

Poçt bloku 3000, buklet isə 2500 tirajla buraxılıb.

Poçt markası ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Markaların poçt dövriyyəsinə buraxılma günü də xüsusi seçilib. Belə ki, buraxılış tarixi yanvar ayının 29-u, Tofiq Bəhramovun doğum gününə təsadüf edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
futbolpress.az

1Mənbələr