AZ

Krasnodarda dron zərbələrindən sonra neft dənizə sızıb

Rusiyanın Krasnodar diyarının Tuapse şəhəri yaxınlığında dənizdə neft məhsullarının sızması baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

Bildirilib ki, çirklənmiş ərazinin sahəsi 10.000 kvadrat metr təşkil edir.

Hadisənin 16 aprel gecəsi dəniz terminalının infrastrukturuna ziyan vuran dron hücumunun nəticəsi olduğu güman edilir.

Sızmanın daha geniş areala yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyü bildirilib. Təmizləmə əməliyyatında sürətli qayıqlar və neft qalıqlarının yığıcıları da daxil olmaqla Tuapse limanının altı gəmisi iştirak edir.

Neft məhsullarının Tuapse çayına da sızdığı, sızmaya 16 aprel dron hücumu zamanı dəniz terminalında baş verən yanğının səbəb olduğu bildirilib. Çayda sızmanın qarşısını almaq mümkün olub.

Seçilən
16
6
apa.az

7Mənbələr