AZ

Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb...

Poliqon DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Poliqon.info

Seçilən
15
29
poliqon.info

10Mənbələr