AZ

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.
"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.  Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.
- kanalımız

Seçilən
0
42
buta.tv

10Mənbələr