AZ

Orban məğlub oldu, o isə qalib gəldi: Kremlin dostu Aİ nin yeni baş ağrısı olacaq?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Mütərəqqi Bolqarıstan” koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. Məlumata görə, “Mütərəqqi Bolqarıstan” səslərin 37,5 faizindən 38,9 faizinə qədərini toplayıb. Bolqarıstanın isə Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) koalisiyası səslərin 15,4 faizindən dən 16,2 faizinə qədərini toplayaraq ikinci yeri tutub. Üçüncü yerdə 3,6-14,3 faiz səslə “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” koalisiyaları qərarlaşıb.

Onlardan sonra “Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat” (7,5-8,4 faiz), Dirçəliş Partiyası (4,9-5,1 faiz) və Bolqarıstan Sosialist Partiyası – Birləşmiş Sollar koalisiyası (4,1-4,1faiz) müvafiq yerləri bölüşüblər.

R.Radevin partiyası son illərin ən yüksək nəticəsini əldə edib. Beləliklə o, son nəticələrə əsasən parlamentdə 135-136 yer əldə edir ki, bu da tək hökumət qurmağa və parlament çoxluğunu təmin etməyə imkan verir.

Rumen Radev maraqlı şəxsdir. Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına (Aİ) qoşulub, bu ilin yanvar ayında avronu valyuta kimi qəbul etsə də, seçkilərdə qələbə qazanan Radev solçu və avroskeptikdir. Bundan başqa, onun Rusiya ilə yaxşı münasibətləri var. Məsələn, Radev Aİ-nin Moskva ilə əlaqələri bərpa etməsini dəstəkləyir, hətta Ukraynaya silah verilməsini tənqid edib. O, həmçinin mart ayında Bolqarıstanla Ukrayna arasında imzalanan 10 illik müdafiə müqaviləsinə qarşı çıxıb. Bu tutumu səbəbi ilə tənqidçilər tərəfindən həddindən artıq Rusiyapərəst olmaqda ittiham olunur. Hətta Radevi Bolqarıstanın Viktor Orbanı belə adlandıranlar var. Onu da deyim ki, Bolqarıstan seçkiləri 16 illik hakimiyyətdən sonra ötən həftə Viktor Orbanın Macarıstanda məğlubiyyətindən sonra baş tutub.

Radev, Orban bənzəri bir siyasət izləyə bilər. Qeyd etdiyim kimi, o, solçu və avroskeptikdir, lakin çətin ki, Aİ-dən imtina etsin. Bunun yerinə İttifaqla münasibətləri müəyyən bir həddə saxlaya bilər. Çünki Bolqarıstanın iqtisadiyyatı buna bağlıdır. Amma ton böyük ölçüdə dəyişəcək. Viktor Orban kimi Rumen Radev də Brüsselin xəttini avtomatik dəstəkləyən yox, daha çox öz marağını qabardan, bəzən də açıq şəkildə etiraz edən bir kurs ortaya qoya bilər. Xüsusilə Ukrayna məsələsində bu, özünü daha çox göstərəcək. Belə bir tutum isə Kremlə sərf edəcək.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr