AZ

ABŞ də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-də UNO və antiqravitasiya texnologiyaları üzrə araşdırmalar aparan 34 yaşlı alim Emi Eskricin ölümü yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, hadisə 2022-ci ildə ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində baş verib. Alimin başından güllə yarası almış vəziyyətdə tapıldığı bildirilir. Rəsmi qurumlar ölümün səbəbi ilə bağlı yekun nəticə açıqlamasa da, bəzi jurnalistlər və siyasətçilər hadisənin qəsd ola biləcəyini iddia edirlər.

Emi Eskric UNO, kosmos və qravitasiya sahəsində tədqiqatlar aparan institutun təsisçilərindən biri olub. O, əvvəllər ictimai çıxışlarında təhlükəsizliyindən narahat olduğunu da qeyd edib.

Son aylarda ABŞ Konqresində UNO və kosmik tədqiqatlarla bağlı araşdırmaların yenidən müzakirəyə çıxarıldığı bildirilir. Hadisə kontekstində müxtəlif nəzəriyyələr səslənsə də, rəsmi təsdiqlənmiş sübut təqdim olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr