AZ

İş yerini dəyişdirmək istəyən MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ - MÜDDƏT BİTİR

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu bu gün saat 11:00-da yekunlaşır.

Namizədlər qeyd edilən vaxta qədər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
 
 
 

Seçilən
0
10
7news.az

10Mənbələr