Aprelin 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 7 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.