AZ

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu evə buraxıldı

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Seçilən
16
12
qaziler.az

10Mənbələr